Cəmiyyət

Bibiheybət yolu nə vaxt açılır?

3 İyun 2020 08:09
0 Şərh     Baxış: 1 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçən il sürüşmə nəticəsində yararsız vəziyyətə düşən Bibiheybət yolunda hərəkətin bərpasına başlanılıb.

Milli.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, yolun hər iki istinad divarında artıq tikinti işləri yekunlaşıb:

"Bu gündən yolun hərəkət hissəsinin bərpasına başlanılıb. Yaxın günlərdə asfaltlanma işləri görüləcək. Planlaşdırmışıq ki, növbəti həftədə Bibiheybət yolunu istifadəyə verək. Orada yamacın aşağısında və yuxarısında istinad divarları inşa olunurdu. Hər iki istinad divarında artıq tikinti işləri tamamlanıb".

Qeyd edək ki, Bibiheybət yolu ötən ilin noyabrında Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisindəki avtomobil yolunda çökmə olub. Hadisə nəticəsində yol yararsız vəziyyətə düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.