Cəmiyyət

"KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb - FOTO

22 May 2020 16:30
Baxış: 642
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Qəbələ-Oğuz "KOB Dostu" ofisinin və Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başlatdığı "Bir-birimizi qoruyaq" kampaniyası çərçivəsində rayonda xidmət, ticarət və sənaye sahəsində fəaliyyət göstərən sahibkarlara qoruyucu maska və əlcək paylayıblar.

Milli.Az bildirir ki, KOBİA-dan Trend-ə bildirilib ki, ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasına qarşı həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək məqsədilə təşkil olunmuş aksiya çərçivəsində müəssisə və ictimai iaşə obyektləri ilə yanaşı, əhalinin daha çox toplaşdığı yerlərdə vətəndaşlara da qoruyucu vasitələr təqdim edilib.

Ümumilikdə aksiya çərçivəsində indiyədək "KOB könüllüləri" və Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri tərəfindən 250-yə yaxın sahibkar və vətəndaşa maska və əlcək paylanılıb.
Həmçinin könüllülər Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi qaydalara əməl etməklə özlərinin və yaxınlarının sağlamlıqlarını qoruya biləcəklərini bir daha sahibkarların və vətəndaşların diqqətinə çatdırıb, onlara maarifləndirici bukletlər təqdim ediblər.

Aksiya may ayının sonuna qədər davam edəcək. Könüllülərin bu nəcib aksiyası Qəbələ sakinləri tərəfindən maraqla qarşılanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.