Cəmiyyət

Bakıda yolda qazılan çuxur bir neçə avtomobili yararsız hala salıb - FOTO

16 May 2020 08:58
0 Şərh     Baxış: 1 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda yolda qazılan çuxurun qarşısında müvafiq nişanın olmaması bir neçə avtomobilə zərər vurub

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə "Şamaxinka" kimi tanınan ərazidə baş verib.

Vüsal Məmmədyarov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman qəfil yolun ortasındakı çuxura düşüb.

Sürücü APA-ya bildirib ki, nəticədə onun avtomobili yararsız hala düşüb. O, hadisə zamanı çuxurun qarşısında müvafiq nişanın olmadığını deyib.

Hadisə şahidləri bundan əlavə üç avtomobilin həmin çuxura düşdüyünü bildirib.

Sürücülərin şikayətindən sonra qazılmış çuxurun ətrafına "Azərsu" ASC-nin əməkdaşları tərəfindən çınqıl tökülüb. Sonra sözügedən yerin qarşısına xəbərdaredici nişan qoyulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.