Bu ilin yanvar-aprel ayları ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə edilən müraciətlərin əksəriyyəti məişət zorakılığı ilə bağlı olub.
Milli.Az bildirir ki, bunu Trend-ə Komitənin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
Onun sözlərinə görə, bu ilin ilk dörd ayı ərzində komitəyə 73 müraciət daxil olub.
Komitəyə müraciətlərin qadınlar tərəfindən edildiyini nəzərə çatdıran T.İbrahimova əlavə edib ki, onların bəziləri boşanma ərəfəsində və ya boşanmadan sonrakı dövrdə məişət zorakılığına məruz qalma ilə bağlı ona dəstək göstərilməsini istəyib:
"Müraciət edənlər, eyni zamanda məhkəmədə işlərinə baxılma ilə bağlı hüquqi yardıma ehtiyaclarının olduqlarını bildiriblər. Elə müraciətlər də olub ki, onlar sırf təhlükəsizliklərinin təmininə yardım edilməsi üçün edilib. Belə şəxslərin bir neçəsinin qeyri-dövlət yardım mərkəzlərinə yerləşdirilməsinə kömək etmişik".
Milli.Az