Siyasət

Mahmud Abbas İlham Əliyevi təbrik edib

7 Noyabr 2025 19:20
Baxış: 174

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident.

Zati-alinizə və Sizin simanızda Azərbaycan Respublikasının Hökumətinə və qardaş Azərbaycan xalqına Zəfər Gününün beşinci ildönümü, həmçinin Dövlət Bayrağı Günü münasibətilə səmimi-qəlbdən təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycana, Hökumətinizə və xalqınıza daha böyük tərəqqi və rifah arzulayıram. Qürur duyduğumuz dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin daha da inkişaf edib möhkəmlənəcəyinə əminliyimi bildirirəm.

Zati-aliləri, hörmətli qardaşım, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.