Cəmiyyət

Peşə məktəbində tibbi maska istehsalına başlanılıb

12 May 2020 16:39
0 Şərh     Baxış: 1 096
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi "Save Tekstil" MMC ilə birgə tibbi maska istehsalına başlayıb.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, maska istehsalı Türkiyə və Çindən gətirilmiş müasir avadanlıqlar vasitəsilə aparılır. İstehsal müəssisəsinə müvafiq ixtisaslar üzrə təhsil alan 20-ə yaxın Peşə Təhsil Mərkəzinin məzunu cəlb edilib. İstehsal prosesi artıq ötən həftədən etibarən davam etməkdədir.

Qeyd edək ki, hazırda istehsal imkanı gündəlik 15 000 maskadır. Yaxın günlərdə bu rəqəmin gündəlik 50 000 maskaya çatdırılması planlaşdırılır. Müəssisənin məhsulları ilkin olaraq daxili bazarda tələbatı ödəməyə yönəldiləcək. Tibbi maskaları 15 may tarixindən etibarən apteklərdən əldə etmək mümkün olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.