Cəmiyyət

Babadağ zirvəsi Bakıdan göründü - FOTO

12 May 2020 12:32
1 Şərh     Baxış: 5 996
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən sosial şəbəkələrdə Babadağ zirvəsinin Bakıdan çəkilən görüntüsü yayılıb.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, şəbəkə istifadəçilərinin yarısı buna inansa da, yarısı Fotoşop olduğunu söyləyirdi. İnanmayanlar arqumenti budur ki, Bakıdan Babadağa məsafə uzaq olduğundan zirvənin görünməsi mümkünsüzdür.

Xatırladaq ki, Babadağ zirvəsi Bakı şəhərindən təxminən 160 km aralı yerləşir və dəniz səviyyəsindən 3629 metr hündürlükdədir.

Bu günü başqa bir rakursdan çəkilmiş şəkildə Babadağ zirvəsi aydın görsənir. Zirvənin görünməsinin əsas səbəblərindən biri karantin rejimində havanını təmizlənməsi ola bilər.

Şəkil Böyükşor gölünün yanından çəkilib, müəllifi Lyokin Photography-dir.

Zöhrabov Fərid
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.