Cəmiyyət

Sarayda minik avtomobilləri toqquşdu - Ölən var

5 May 2020 23:16
0 Şərh     Baxış: 1 179
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Saray qəsəbəsində "İran Khodro" və "LADA" markalı iki minik avtomobili toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri "İran Khodro" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1969-cu il təvəllüdlü Mirişov Firudin Şahverdi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.