Cəmiyyət

Günün qoroskopu: Zahiri görünüşə aldanmayın

5 İyun 2020 00:01
25 Şərh     Baxış: 9 149

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - səhər saatlarından etibarən işlərə aktiv başlayın. Süstlüyə qapılmayın, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gərəkli bildiyiniz bütün vasitələrdən və metodlardan istifadə edin. Güclü yönlərinizi göstərin, nüfuzlu insanın təqdirini qazanın.

Müvəffəqiyyətlərdən başgicəllənməyə məruz qalmayın. Səbrli, eyni zamanda təmkinli olun.

Günün ikinci yarısında şirin vədlərə və boş sözlərə inanmayın. Ailə və məişət problemlərini birlikdə həll etmək daha yaxşıdır. Bütün məsuliyyəti üzərinizə götürməyin. Sənədlərlə iş zamanı diqqətli olun.

Buğa - bu gün önəmli, vacib işlər üçün deyil. Belə işlərə başlasanız, diqqətiniz dağılacaq. Səhv riski həddən ziyadədir. Yaxın ətrafınızdakı insanların rəğbətini qazanmağa çalışın. Ünsiyyət üçün əlverişli zamandır.

Uğurlu alış-veriş istisna deyil.

Qəfil gəlir və hədiyyələr istisna deyil.

Günün ikinci yarısında ailə üzvləriniz və yaxınlarınız sizinlə razılaşmasalar da, münaqişələrə yol verməyin.

Axşam saatları romantik görüş, sevdiyiniz insanla bir araya gəlmək üçün münasib vaxtdır.

Əkizlər - başladığınız işləri başa vurmağa tələsin. Son günlərdəki yarımçıq işləri bitirin. Müsbət təmayüllərin təsiri güclənsə də, bir müddət sonra problemlər yaranacaq. Çətinliklər sizi qorxutmasın. Sənədləri qaydaya salın. Bütün borcları ödəyin.

Günün ikinci yarısında mühüm qərarlar qəbul etmək olar. Yaxın gələcəklə bağlı planların reallaşmasına hazırlaşın.

Axşam saatlarında ailə üzvləri ilə birlikdə istirahət edin. Qonaqlar gələcək.

Xərçəng - çox əlverişli və münasib gündür. Nəzərinizdə tutduğunuz işləri başa vura biləcəksiniz. Məqsədə çatın, yolunuzdan sapmayın. Peşəkar fəaliyyət müstəvisində yaranan probelmlərin çözülməsini başqalarına həvalə etməyin. Rəqiblər və bədxahlarla müqayisədə daha ciddi uğurlara nail ola bilərsiniz.

Günün ikinci yarısı bilik, təcrübə və informasiyalar əldə etmək üçün yaxşı zamandır. Gələn məlumatları dəyərləndirin.

Yeni tanışlıqlar istisna deyil. Münasibətlər sürətlə inkişaf edəcək, sizi sevindirəcək. Yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Orijinal ideyalar peyda olur.
 

Şir - günün ilk yarısı çox uğurlu olacaq. Maraqlı görüşlər, işlərdə irəliləyişlər, gəlirlər istisna deyil. Ən çətin problemlərin öhdəsindən sürətlə gəlməyə, dürüst qərarlar qəbul etməyə çalışın. Kimsəyə imkan verməyin ki, sizi məqsədə aparan yoldan sapdıra bilsin. Dəyər verdiyiniz insanlarla ünsiyyət üçün münasib zamandır.

Günün ikinci yarısı yaşam potensialının səviyyəsi aşağı düşəcək. Yorğunluq hissi yaranacaq. İşləri yarımçıq qoyaraq istirahətə və ya daha yüngül işə can atmayın. Yaxınlarınız sizi anlamağa çalışırlar.
 

Qız - gün uğursuz başlanacaq. Günün ilk yarısında qıcıqlı, hətta aqressiv olacaqsınız. Yaxınlarınızla acı danışmayın, işdə münaqişəli vəziyyət yaratmayın. Yaxşı tanımadığınız insanlarla ünsiyyəti minimuma endirin. Ehtiyatlı, diqqətli olun. Dəyər verdiyiniz nəsnəni itirə bilərsiniz.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Daha enerjili, aktiv olun. Orijinal ideyalarınızı cəsarətlə reallaşdırın. Müsbət hisslərinizi yaxın ətrafınızdakı insanlarla bölüşün.

Tərəzi - sakit və məhsuldar gündür. Yaranan probelmlərin çözülməsi, görüləsi işlərin başa çatdırılması üçün əlverişlidir. İşdə indiyədək dil tapa bilmədiyiniz həmkarlarla münasibətləri normallaşdırın. Tərəfdaş və ya həmkarlarla fikir ayrılıqları yaransa belə, münaqişəyə yol verməyin. Konstruktiv müzakirə və diskussiya çərçivəsində qalın.

Günün ikinci yarısı maliyyə və əmlak məsələlərinin həlli üçün əlverişlidir. Yaşam potensialı yüksəkdir. İşlər çox olsa belə, ifrat yorğunluq hiss etməyəcəksiniz. Axşam saatlarında xoş xəbərlər alacaqsınız.

Yeni tanışlıqlar istisna deyil. Amma münasibətlərin uzunmüddətli olacağını düşünməyin.

Əqrəb - mühüm, genişmiqyaslı işləri təxirə salın. Çətin, qarışıq gündür. Yaranan problemlərin öhdəsindən istədiyiniz təki sürətlə gələ bilməyəcəksiniz. Önəmli görüşlərlə bağlı vədlər varsa, ora hazırlıqsız yollanmayın. İmprovizə qabiliyyətinizə bel bağlamayın.

Günün ikinci yarısında sərvaxt və huşyar olmasanız, ciddi problemin öhdəsindən gələ bilməyəcəksiniz. Tək, müstəqil işləyərək daxili harmoniyaya nail olun, əsəblərinizi sakitləşdirin. Yaxşı tanımadığınız insanlarla ünsiyyət sizi adi günlərdən fərqli olaraq çox yoracaq.

Axşam saatlarında mənfi emosiyaların öhdəsindən gəlin.
 

Oxatan -yaxşı bacardığınız işlə məşğul olun. Axına qarşı üzün, iradə və qətiyyətinizi göstərin. Məqsədinizdən əl çəkməyin. Səylərinizlə qüvvənizi düzgün paylaşdırsanız, əla nəticələrə nail ola bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə diqqətli olun.

Günün ikinci yarısı romantik münasibətlər baxımından əlverişli zamandır. Yaxınlarınızla ünsiyyətdən həzz alacaqsınız. Sevdiyiniz insanı sevindirməyi unutmayın.

Axşam saatlarında maraqlı tanışlığa nail olmaq üçün səy göstərin.

Oğlaq - günün ilk yarısı uğurlu olacaq. Şanslarınızdan maksimal dərəcədə yararlanmağa çalışın. İşdəki problemləri uğurla həll etməyə can atın. Bilik, bacarıq və informasiyalarınızı nümayiş etdirin. Nüfuzlu insanın diqqətini cəlb etmək, çox maraqlı işgüzar təklif almaq şansı var.

Günün ikinci yarısında alış-veriş uğurlu olacaq. Aktiv həyat tərzi keçirən insanlarla qeyri-formal şəraitdə görüşmək olar.

Çox orijinal, ekstravaqant əşyaşar almayın. Zahiri görünüşə aldanmayın.

Axşam saatlarında normal istirahət edin.
 

Dolça - bütün işlərdə intuisiyanıza güvənə bilərsiniz. Təhtəlşüur bu gün sizi aldatmayacaq. Yalnız sizə aid olmayan məsələləri təkbaşına həll etməkdən qorxmayın. Səhvlərə yol verməyin, problemin həllində optimal yolu seçin. Karyera məsələləri ilə bağlı narahatlığınız varsa, qarşınızda cazibədar perspektivlər yaranır.

Günün ikinci yarısında yeni tanışlıqlar olacaq. Qarşılaşdığınız insanlar əvvəlkilərə bənzəməyəcək. Yaşamınızda nəyisə dəyişmək istəyirsinizsə, indi əsl vaxtdır.

Balıqlar - günün ilk yarısında problemlərin həllinə yaradıcı yanaşın. Ən adi hadisələrdən birinin mahiyyətini araşdıranda onun qeyri-adi olay olduğunu anlayacaqsınız. Aktiv olun, qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın.

Günün ikinci yarısında yeni münasibətlərə başlamaq məsləhət deyil. Yaramaz, ləyaqətsiz insana aldanmaq ehtimalı var. Ehtiyatı əldən verməyin, sayıq olun.

Milli.Az

loading...

Şərh yaz:

25 Şərh:

  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 5 İyun 00:0271

    Cüməniz mübarək,əziz olsun canlarım.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 5 İyun 00:0369

    Status-Uzaq məsafələr kiçik sevgiləri yox edər,böyük sevgiləri ucaldar.Eyni ilə küləyin şamı söndürüb atəşi yandirdiqi kimi.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 5 İyun 00:0484

    Cənnəti görmək istəyirsənsə ananın sevincinə səbəb ol! Ananın sevinci övlada cənnəti yaşadır.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 5 İyun 00:06712

    Status-Uşaqlığım kecmisdən gəlib məni görsə,"nə etdilər sənə"deyib hönkürtü ilə aqlayar.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 5 İyun 00:07812

    Vəəəə...gecəniz xeyrə qalsin.Şirin yuxular nəsibiniz olsun.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 5 İyun 00:18712

    Dislikeciyə və burada adsiz söz atanlara gözəl bir şərh ərməğan edirəm-Bir gün bir qadin bir dindar axundun yanina gəlib soruşur:Allah hansi günahları baqişlayir?Axund deyir:Həyatda elə kiçik cüzi gunah ola bilər ki,Allah baqişlamaz.Lakin elə böyük bir günah ola bilər bağışlayar Məsələn bir insanin tanimadiqi birinə durduqu yerdə sataşmaqi söz atmaqi baqişlanılmaz günahdi.Əgər tanimadiqin bir insanin savab və günahlarindan xeberün yoxdusa ona nəsə demək sənə düşməz!

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 5 İyun 00:22613

    Status-Tanimadiqin,Bir insanı təhqir etməmişdən qabaq tanidiqin özünə bax gör sən nə qədər insansan .

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 5 İyun 00:23613

    Kimisə təhqir etmək günahdi ,tanimadiqin olsa isə bu artiq sənə böyük bir cəza olacağ

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 5 İyun 00:26514

    Axirətdə 2 əzab var biri qəbir ,digəri cəhənnəm Qəbir əzabi o qədər dəhşətlidi cəhənnəm əzabi ondan yaxsidi Cəhənnəm əzabinin qəbir əzabindan 1 fərq ayirir:Cəhənnəm əzabinda cəhənnəm əhli ilə bir yerdə olub,eyni cəzani paylaşacaksan,qəbir əzabinda isə təm-tək olacaksan qaranlıq qəbr bir də sən.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 5 İyun 00:29514

    Yenədəəə gecəniz xeyrə qalsin vəə yazdiklarimdan faydalanin zarafat etmirəm. Sonumuz məzar ruhumuz isə Allaha teslim olacak.Seq olun saqlık olsun görüşərik sabaha qədər.

    Cavab yaz
  • Anonim
    Zəhra · 5 İyun 00:4412

    Təşəkkürlər

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 5 İyun 08:56717

    Ditdiiiiiiiiiiiiiiii:))) Canlarimmmmmmmmmmmm necesinizzzz?? Men superrrrəmmmm xaladilnikim doluuuuuduuuuuuuuuuuuuuuu kahve altinaaaaaaaaaaaa qoy bir az reklammm edimmmm indiii 4 ədədddd moloçnik sosiskasi qaynatdimmm, vest gold kere yaqiii atennaa pendiriii ve gözzeelll kend yumurtasi, hele şorrrr İsmayilli İvanovka plyus Şamaxı şoru,pürrennngiiiii ingiltereee cayi,türk kahvesi , bir deee tebiiii gilas şirəsi 1 bakal. beko hğrizontal 107 ekranli televizorumda güne doqruya baxa baxa şirincayimi iciremmm Meneeeeeeee nuşşş olsun en acindan ölən günüm beləəə kecsinnn Canlarim size de bol ruzii bereketler arzu ediremmmmm ruzi bol olanda paxilliq etmek kiminse qelbine deymekkk yada dusmezzz deyir , Sevgi mədədən kecir ha ha ha ha Mədəniz dolu olsun xaladilnikiniz dolu olsunnnnn buzxananizda ət toyuq baliğ her şeyyy olsun Amin

    Cavab yaz
    • Anonim
      Resad · 5 İyun 15:45244

      Basin xarabdi? bize ne senin xaladelnikinden gormemisen hec arzaq?) Nece illerdi acliq cekmisense basa duserem.

      Cavab yaz
      • Anonim
        Resada · 5 İyun 15:55224

        Qaqa karantinde evlerine sosial yardim ,gonderibler sevinirde neynesin axi))

        Cavab yaz
      • Anonim
        Esra ıbrahimli (Şamaxı) · 5 İyun 15:55416

        Bəlkə adınla yazasan?bəs sən niyə soxdun özüvü serh yazdin uzun enli mikrafon uzatdilar aqzuva tərəf???əgər uzatdilarsa mən də basa düsərəm.

        Cavab yaz
      • Anonim
        Esra ıbrahimli (Şamaxı) · 5 İyun 15:56515

        1 milyon adla yazsan da xeyri yoxdu mənə kimliyün barede məlumat verirlər tak şto 1 milyon ada ehtiyyac yoxdu mən bildikdən sonraaa ha ha ha haaaaa Doyuncaaa güldümmmmmmmm))))

        Cavab yaz
        • Anonim
          Resad · 5 İyun 16:03181

          Ala Sende nara alsu nikisen adini mene qoyma ) torba

          Cavab yaz
  • Anonim
    Nara · 5 İyun 09:5284

    Eziz milli az olmaya siz de serhlerin verilmesine karantin elan etmisiz.ele ise serhlerin arasinda mesafe saxlamaqla verin.

    Cavab yaz
  • Anonim
    Esraya · 5 İyun 17:4125

    Hər vaxtın xeyir.həmişə olduğu kimi bu gün də super kəlamlar yazmısan.qanan üçün çox gözəldi.qanmıyan dakı...ortalıqda qalıb,gələnə gedənə baxa baxa qalıb ilişir.sən də bilirsən söhbət kimlərdən gedir.onlar da karonanın bir növüdür,tipidir.nəysə...əllərinə sağlıq.belə də davam elə.şərh yazmasam da izləyirəm,layklardakı öz yerində.sayğılarla ALEKS@

    Cavab yaz
    • Anonim
      17.42e · 5 İyun 17:4594

      Dislikelarda öz yerinde

      Cavab yaz
    • Anonim
      Esra ıbrahimli (Şamaxı) · 5 İyun 17:4749

      Cox sağ olun, var olun.Oxuyan gözlerinize sağlığ.

      Cavab yaz
      • Anonim
        Danicka · 5 İyun 18:1371

        Notorsan az???)

        Cavab yaz
    • Anonim
      Nara · 5 İyun 20:4732

      Serhimin altinda yazdiginiz ucun size cavab vermek mecburiyyetinde qaldim Aleks bey.duzdu urekbulandirici serhciler coxdu yazilarindan bilinir.her sozun de oz salibi var sen at ozu goturur anlayir sadece ozunu o yere qoymur.fikir vermeyin, virus var ki xestelendirir mualice edirsen .vay o gunden insanin beynine tefekkurune virus dusmesin bax onun mualicesi yoxdu

      Cavab yaz
  • Anonim
    AylaM · 5 İyun 20:3932

    Salam Esra can. Geç cavab üçün üzürlü sayın. Necəsiz? Şükür mamanız yaxşldır. Həmişə yaxşı olsun. O biri səhifəyə yazacam. Xəbər verdiyiniz üçün çox sağ olun Esra can, Allah razı olsun.Statuslar yenə çox möhtəşəm. Qoroskopun Kraliçası iş başında:).Analar haqqında statusu çox bəyəndim. Əllərinizə sağlıq. Esra demiş,sağ olun,var olun:).

    Cavab yaz
    • Anonim
      Esra ıbrahimli (Şamaxı) · 5 İyun 22:4643

      Cann,AylaM,üzürlü düşmənin olsun hec bir üzrə ehtiyyac yoxdu canim,yaxsiyam coxxx şükür salamatcilikdi sən necəsn ehvalin maman necədi?Analar baş tacimizzz,senində oxuyan gözlərinə sağlığ cannn.Şərhlərin 1 həftə verilməməyi aləmi qstdi qsrisdirdi kecmiş dəhivəyə yazmağ olmur.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.