Cəmiyyət

Bir sıra konsul əməliyyatları üçün dövlət rüsumu azaldılır

1 May 2020 15:39
0 Şərh     Baxış: 602
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri azaldılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə dövlət rüsumu 55 ABŞ dollarından 25 ABŞ dollarına, ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu 40 ABŞ dollarından 10 ABŞ dollarına, vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə dövlət rüsumu 150 ABŞ dollarından 60 ABŞ dollarına qədər azadılır. Digər rüsumlara görə də azalma nəzərdə tutulur.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq II oxunuşda qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.