Cəmiyyət

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

25 Aprel 2020 22:31
0 Şərh     Baxış: 2 466
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlanıb.

Trend Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) aprelin 25-nə olan statistik göstəricilərinə istinadən xəbər verir ki, bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6069 test edildiyi bildirilib.

Ümumilikdə ölkə ərazisində indiyə qədər 120 479 test aparılıb.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 1617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1080 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.