Cəmiyyət

Antiseptik məhsullardan istifadə orucu pozur?

26 Aprel 2020 19:44
0 Şərh     Baxış: 1 414
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus yayılmaqda davam edir. Həkimlərsə məlum təhlükəli virusa yoluxma riskini azaltmaq məqsədi ilə mütəmadi olaraq əlləri dezinfeksiya etməyi məsləhət görür.

COVID-19-dan qorunmaq üçün mütəxəssislər əlləri antiseptik məhsullar, spirt, o cümlədən kolonya ilə tez-tez silməyi tövsiyə edir, xüsusilə evdən çıxanda. Lakin Ramazan ayının başlaması dezinfeksiya məqsədilə istifadə edilən spirt tərkibli məhsulların orucu pozub-pozmaması haqqında bir sıra sualların yaranmasına səbəb olub.

Milli.Az xəbər verir ki, Türkiyədə Diyanət İşləri Müdirliyi bu suala cavab verib. Bildirilib ki, ətir və odekolondan istifadə orucu pozmur. O da qeyd olunub ki, makiyaj və kosmetik məhsullardan istifadə də orucu pozmur.

"Oruc tutan şəxs dişlərini müalicə etdirə bilərmi?" sualına isə belə cavab verilib:

"Morfin və ya morfinsiz dişləri müalicə etmək orucu pozmaz. Ancaq müalicə zamanı qan və ya hər hansı maddənin udulması istisnadır". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.