Cəmiyyət

Şamaxıda körpə nənənin ehtiyatsızlığı nəticəsində ölüb

23 Aprel 2020 23:49
6 Şərh     Baxış: 2 426
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şamaxı rayonunda 1 yaşlı körpə nənəsinin ehtiyatsızlığının qurbanı olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Çorhan kəndində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Abbasov Ayxan Abbas oğlu yaşadığı ikimərtəbəli evin eyvanında nənəsinin qucağından yerə yıxılıb.

Ağır kəllə-beyin xəsarəti alan körpə əvvəlcə rayonun mərkəzi xəstəxanasına, sonra isə vəziyyətinin ağırlaşması səbəbindən Bakının xəstəxanalarının birinə göndərilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.