Cəmiyyət

Şəmkirdə məktəb direktoru həlak oldu - FOTO

14 Aprel 2020 07:32
3 Şərh     Baxış: 5 456
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunda minik avtomobili ilə "Shacman" markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1967-ci il təvəllüdlü Abbasov Xəqani İslam oğlunun və sərnişin 1964-cü il təvəllüdlü Vəliyev Eyvaz Nurqələm oğlunun meyitlərini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Şəmkirdə baş verən yol qəzasında ölənlərin kimliyi məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, dünyasını dəyişən şəxslərdən biri rayonun Dəllər qəsəbəsi Zaur Abbasov adına tam orta məktəbin direktoru Eyvaz Vəliyev, digəri isə rayon sakini Abbasov Xəqanidir.

Hadisə rayonun Sabirkənd kəndinin yaxınlığında qeydə alınıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.