Günün qoroskopu: Çoxdan üzərində baş sındırdığınız bir məsələ həllini tapa bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - Hadisələr sizə göründüyü qədər də pis inkişaf etmir. İş burasındadır ki, siz bu gün bütün olanlara çox böyük şübhə ilə yanaşırsınız, istənilən dəyişikliyə pis münasibət bəsləyir və köhnəliyi saxlamağa çalışırsınız. Taleyinizə etibar edin: o sizə sürpriz hazırlayıb. Amma nə qədər ki, hadisələrin təbii axınına müqavimət göstərirsiniz, proqblemlər bir-birinin ardınca peyda olacaq.
Buğa - Yaxınlarınızın sizə verdikləri məsləhətləri nahaq qulaqardına verirsiniz. Diqqətinizi özünüzə yönəltməyiniz hadisələrə başqa rakursdan yanaşmağa mane olacaq. Günün ikinci yarısı yüngüllük, öz vəzifələrinizə qarşı biganəlik nümayiş etdirməyiniz mümkündür.
Əkizlər - Həftə elə də ürəkaçan tərzdə başlamır. Əslində hər şey göründüyü qədər pis olmasa da, əl-qolunuz yanınıza düşür: yağılıb qalmış problemləri necə həll etməyi bilmirsiniz. İşdən qaçmaq, yaxanızı kənara çəkmək istəyirsiniz, amma eyni zamanda bilirsiniz ki, bunu etməyə ixtiyarınız yoxdur. Özünüzü işləməyə məcbur edirsiniz, bu da nəticəyə güclü təsir edir. Yaxşı olar ki, tələsik olmayan işləri təxirə salasınız.
Xərçəng - İstənilən xırda məsələ qanınızı qaralda bilər. Bu səbəbdən mübahisə edir, hətta ən sakit və təmkinli insanları özlərindən çıxarırsınız. Axşama doğru ağlınız, nəhayət ki, "evinə" qayıdacaq, emosiyalarınız geri çəkiləcək və özünüzün yaratdığınız problemləri aradan qaldırmağa başlayacaqsınız.
Şir -İşgüzar ünsiyyət, danışıqların aparılması, maliyyə və əmlak məsələlərinin müzakirəsi üçün yaxşı gündür. Nəinki söhbətin mövzusu ilə bağlı dərin biliklərinizi nümayiş etdirir, eyni zamanda məlahətinizi də işə salırsınız. Xatırladaq ki, bu gün işgüzar əlaqələrin romantik məcraya yönəlməsi çox asandır.
Qız - Səhəriniz çox gözəl başlayır. İşgüzar aktivliyiniz yüksəkdir, məhz lazım olan yerdə qətiyyət və inad göstərir, güzəştə getmək lazım olanda müqavimət göstərmir və incimirsiniz. Həmkarlarınız və rəhbərliklə münasibətləriniz yaxşıdır, hətta hansısa səhv buraxsanız, sizi tənqid etməyəcəklər.
Tərəzi - Çoxdan üzərində baş sındırdığınız bir məsələ həllini tapa bilər. Şəxsi xarakterli vacib bir sualınıza cavab alacaqsınız. Gələcəklə bağlı planlar qurmaq vaxtıdır.
Əqrəb - Uğurlu gündür. Vacib olanı edir və can atdığınız nəticəni qazanırsınız. Bədxahlarınız da sizə pislik etməkdən çəkinirlər, çünki anlayırlar ki, faydası yoxdur. Mürəkkəb işgüzar məsələləri yoluna qoymaq asan olacaq: sizin mövqeyiniz kifayət qədər möhkəmdir və kimsə sizin uğurunuza mane ola bilməz.
Oxatan - Şəxsi həyatınızda xoş dəyişikliklər mümkündür. Hiss edirsiniz ki, hansısa vacib qərarı verməyə hazırsınız və vaxt itirmirsiniz. Əhvalınız yaxşı olacaq, xırda çətinliklər belə, onu korlaya bilməyəcək.
Oğlaq - Çətinliklər günün ikinci yarısı yarana bilər. Bu dövrdə sərt məzəmmətlər edə, güzəştsiz təkliflər irəli sürə bilərsiniz. Ətrafınızdakılara sizin reaksiyanız sərt və hətta təcavüzkar təsir bağışlayacaq.
Dolça - Gün əla başlayır və elə o cür də davam edir. istənilən işin öhdəsindən asanlıqla gəlirsiniz. Bunu heç kim diqqətdən qaçırmır. Maaşınızın artmasına, yaxud karyera yüksəlişinə ümid edə bilərsiniz. Ola bilər ki, sərfəli əməkdaşlıq təklifi alasınız. İşinizi dəyişə bilərsiniz.
Balıqlar - Maliyyə və əmlak məsələlərinə barmaqarası baxmağınız isə problemlər yarada bilər. Pullar ildırım sürətilə yoxa çıxır və siz bunun qarşısını almaq üçün heç bir tədbir görmürsünüz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Toyuq filesinin qiyməti 10 manata qalxdı
-
İldə bu qədər məbləğdən çox pul köçürə bilməyəcəksiniz
-
"ADEX 2026"da ilk dəfə Azərbaycanın "Arrow 3" kamikadze dronu sərgilənib - (Foto)
-
Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq
-
Bu şəxslərin maaşı artırılır - Qərar qəbul edildi
-
Azərbaycanda dövlət qulluğu qaydaları dəyişir
XƏBƏR LENTİ
-
Sərnişin gəmisi batdı: 78 nəfər öldü, 57 nəfər itkin düşüb
-
"Rusiya bəziləri kimi əl açıb sədəqə dilənə bilməz"
-
Toyuq filesinin qiyməti 10 manata qalxdı
-
İran səfiri Gürcüstan XİN-ə çağırıldı
-
İldə bu qədər məbləğdən çox pul köçürə bilməyəcəksiniz
-
"ADEX 2026"da ilk dəfə Azərbaycanın "Arrow 3" kamikadze dronu sərgilənib - (Foto)
-
ABŞ-də yaşayan Fərid illər sonra oxudu - (Video)
-
Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri açıqlandı
-
Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq
-
Bu şəxslərin maaşı artırılır - Qərar qəbul edildi
-
Azərbaycan boksçuları Avropa çempionatında mübarizəyə başlayır
-
Pünhan Piriyev rəqsindən sonra daha bir video ilə gündəm oldu
-
Azərbaycanda dövlət qulluğu qaydaları dəyişir
-
Sergey Melikov yeni vəzifəyə təyin olundu
-
Futbol klubunun prezidenti başından güllələndi
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Əməkdar artist: "Müğənni yazılan o pis sözləri özü qazanıb" - (Video)
-
Bakıda və Abşeronda pivə çəlləkləri ilə bağlı nöqsanlar aşkarlandı
-
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
Qaçırıldığı iddia olunan təyyarədə nə baş verib?: “Qışqırıq və bağırtılar eşitdik”
-
S-400-lər Türkiyədən başqa ölkəyə veriləcək?
-
Sabahdan onlayn kreditlər belə veriləcək - Yeni qaydalar
-
Prokuror Saleh Səmədova 9 il həbs istədi





