Cəmiyyət

Sahil Babayev: "Sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur" - VİDEO

9 Aprel 2020 14:33
Baxış: 1 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı pandemiyanın milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, sosial istiqamət üzrə üçün geniş tədbirləri əhatə edir və bu istiqamətlər üzrə 3 milyard manat vəsait yönəldiləcək. O cümlədən, Tədbirlər Planı əsasında sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Real TV-yə müsahibəsində bildirib.

Nazir sosial rifahın dəstəklənməsi tədbirlərindən biri kimi işsiz şəxslərə birdəfəlik ödəmənin veriləcəyini deyib. Qeyd edib ki, işi və qazancı olmayan əmək qabiliyyətli şəxslər işsiz şəxslərdir. İşsiz şəxslər qeydiyyata alınmaqdan ötrü elektron qaydada müraciət edirlər. Bunun üçün elektron müraciət imkanları yaradılıb. Yəni e-sosial.az portalı vasitəsilə bunu edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.