Cəmiyyət

ÜST koronavirusla mübarizədə Azərbaycana fəal dəstək göstərir

8 Aprel 2020 16:10
Baxış: 1 125
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) fərdi müdafiə vasitələri və test sistemləri alan Avropa regionunun 17 ölkəsindən biridir.

Trend bu barədə təşkilata istinadən məlumat verir.

Azərbaycan ÜST-dən ilk tədarükü fevral ayında almışdı, hazırda isə ikinci partiya ölkəyə çatdırılır.

ÜST, həmçinin Azərbaycana virusa qarşı hazırlıq səviyyəsinin dəstəklənməsi üçün mütəxəssislər qrupu göndərib:

"Beşgünlük missiya müddətində qrup müxtəlif xəstəxanalarda, laboratoriyalarda olub, insanlarda COVID-19 xəstəliyinin müəyyən olunması və müalicəsi üçün milli planı müzakirə edib. Qrup, həmçinin koronavirusa reaksiya üzrə yol xəritəsinin hazırlanması ilə bağlı ölkə rəhbərliyi ilə işləyib".

Təşkilatdan bildiriblər ki, Azərbaycana ölkədəki və regiondakı ofislərin vasitəsi ilə, eləcə də beynəlxalq ekspertlərin və tərəfdaşların cəlb olunması yolu ilə dəstək göstərilməsi davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.