Cəmiyyət

"Xüsusi karantin rejiminə əməl olunmasa, çətin günlərimizin ömrünü uzadacağıq"

8 Aprel 2020 10:11
Baxış: 1 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanı bürüyən koronavirus bəlasından qorunmaq, daha az itkilər vermək üçün qəbul olunmuş qərarlara, tapşırıqlara və tövsiyələrə mütləq şəkildə əməl edilməlidir. Xüsusi karantin rejiminə əməl olunmasa, çətin günlərimizin ömrünü uzadacağıq.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, xüsusi karantin rejiminə əməl etməsək, çətinliklərlə qarşılaşa bilərik:

"Çünki bəşəriyyəti təhlükə qarşısında qoyan və dərmanı tapılmayan bu virusla mübarizə bizim qətiyyətimizdən, insanlarla təmasda olmamağımızdan, evdə oturub təhlükənin sovuşmasını gözləməkdən asılıdır".

Deputatın sözlərinə görə, vətəndaşlar dövlət tərəfindən həyata keçirilən tədbirləri qiymətləndirməli, qaydalara əməl etməlidir:

"Eyni zamanda müvafiq orqanların, həkimlərin, ziyalıların, mütəxəssislərin məsləhətlərinə qulaq asmaq çox vacibdir. Şayiələrə, yalan məsləhətlərə uymaq, qaydaları pozmaq həyatını təhlükəyə atmaq və ölümlə qarşılaşmaq deməkdir. Vətənini, xalqını sevən, öz həyatını qiymətləndirən, başqalarının da həyatını qorumaq istəyində olan hər bir kəs "Evdə qal" şüarını dəstəkləməli, gigiyenik qaydalara riayət etməli və əzizlərini də bu çağırışa səsləməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.