İlyas Hüseynov: Yerli istehsal maskalarla bağlı süni qiymət artımının qarşısını alacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkəmizdə tibbi maska istehsalı koronavirusla mübarizəyə mühüm töhfədir.
Milli.Az bildirir ki, bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında Bakı Tekstil Fabriki MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında xalq müraciəti zamanı çox önəmli məqamlara toxunduğunu deyən politoloq qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən tibbi maskanın böyük qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını da dayandırıblar. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısı əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşır.
İ.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən aidiyyəti dövlət qurumları və təşkilatlar tərəfindən qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olunub:
"Azərbaycanda qısa müddətdə tibbi maska istehsalına başlanması xüsusi əhəmiyyət kəsb edir. Bu zərurətin yaranması bütün dünyada geniş yayılmış "COVİD 19" pandemiyası ilə əlaqədardır. Lakin bu müəssisənin xidmətlərindən gələcəkdə də müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Xüsusi qeyd etmək lazımdır ki, tibbi maska istehsalı Azərbaycanın bu sahədə asılılığını aradan qaldırırdı. Eyni zamanda, ölkəmizdə qısa müddət ərzində dezinfeksiya vasitələrinin istehsalı da təşkil edildi".
Politoloqun fikrincə, ölkəmizdə yerli istehsalın yaranması ilə apteklərdə və digər ticarət yerlərində süni qiymət artımının qarşısı alınacaq:
"Ölkəmizin potensialı və maliyyə imkanları imkan verir ki, qısa müddət ərzində lazım olan istehsalat sahələri təşkil olunsun. Azərbaycanda yaradılmış bütün istehsalat və infrastruktur layihələri uğurla icra olunur. Vətəndaşlarımızın sağlamlığı bu gün ölkəmizdə bir nömrəli prioritet hesab olunur, xalqımızın mili birliyi, həmrəyliyi və bu məsələdə məsuliyyəti Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
XƏBƏR LENTİ
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)





