"Hər birimiz dövlətin qoyduğu qayda-qanunlara riayət etməli və öz məsuliyyətimizi başa düşməliyik"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirusun yayılmasının qarşısını almaq üçün hər birimiz dövlətin qoyduğu qayda-qanunlara riayət etməli və öz məsuliyyətimizi başa düşməliyik.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.
Onun sözlərinə görə, koronavirusla mübarizədə dövlət əlindən gələni edir ki, insanları qoruya bilsin:
"Dövlətimizin koronavirusa qarşı atılan addımlardan, gördüyü işlərdən xəbəriniz var. Bütün bu tədbirlərlə yanaşı, bizim hər birimiz də öz məsuliyyətimizi dərk etməliyik. Ona görə də sizdən çox xahiş edirəm, dövlətin qaydalarına, qanunlarına, qadağalarına və çağırışlarına əməl edin. Evdə qalmağa çalışın, evdə qalmaq sizin özünüz üçün lazımdır. Bu, adi bir qrip infeksiyası deyil ki, özünü biruzə versin, koronavirus bir neçə gün sonra özünü göstərir. Bəzən sağlam insan da koronavirus daşıyıcısı ola və digərlərini yoluxdura bilər. Ona görə də evdə qalmaq özünüz və ailəniz, yaxınlarınız və ümumən cəmiyyətimiz üçün çox önəmlidir".
Q.Paşayeva müraciətində Avropa ölkələrində baş verən hadisələrə də diqqət çəkib:
"Digər ölkələrə, xüsusən də Avropaya baxın, görün orada nələr baş verir. Bu virusun vaksini hələ tapılmayıb, nə vaxt tapılacağı da kimsəyə bəlli deyil. Əgər biz dövlətimizlə əl-ələ versək, bu virusun geniş şəkildə yayılmasının qarşısını ala bilərik. Gigiyenik qaydalara əməl edin, əgər ciddi bir səbəblə çölə çıxarsınızsa, çalışın maskalardan istifadə edin, əllərinizi gigiyenik məhlullarla yuyun".
Millət vəkili qeyd edib ki, dövlətimiz üzərinə düşən bütün işləri görür:
"Cənab Prezident özü şəxsən bu işlərə rəhbərlik edir, ancaq biz də öz növbəmizdə bu dövlətimizə dəstək olmalıyıq. Bilirisiniz ki, koronavirus bütün dünyaya "müharibə elan edib" və belə bir dövrdə bu virusdan heç kəs sığortalanmayıb. Əgər ölkə ərazisində bu virusun yayılması genişlənərsə, hamımız onun əziyyətini çəkəcəyik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
XƏBƏR LENTİ
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb





