Bakı marketlərində un məmulatları “karantində” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı marketlərində un məmulatlarının açıq satışı yığışdırılır. Hazırda çörək, lavaş, kökə və s. un məmulatları iki dəfə paketlənərək vitrinlərə yerləşdirilir.
Milli.Az musavat.com-a istinadən bildirir ki, mağazalar artıq pandemiya təhlükəsini nəzərə alaraq, bu məhsulları əvvəlcə paketə, sonra selofana qoyaraq satırlar.
Artıq müştərilərə də xəbərdarlıq edilir ki, onların sağlamlığını düşünürək bu addımı atıblar.
Qısa araşdırmamız zamanı vəziyyətin heç də hər yerdə eyni olmadığını öyrəndik. Belə bir fakta Bakının Yasamal rayon ərazisindəki marketlərdə rast gəldik.
Burada çörək, bulka, müxtəlif şirniyyatlar açıq satılırdı. Gün ərzində ən çox istehlakçıların aldığı çörəkdir. Bu zaman marketə girən müştərilər çörəyə əllə toxunur, bir neçəsinin təzə, yumşaq olub-olmadığını yoxlayırdı.
Belədə isə əldəki mikroblar çörəyə hopur, infeksiya mənbəyinə çevrilir. Nəzərə alsaq ki, azərbaycanlılar çörək çox yeyəndirlər, o halda un məmulatlarının iki dəfə paketlənərək satılması hələ epidemiya olmadan da zəruri idi.
Hazırda "Nur", "Binə" çörək zavodlarının istehsal etdiyi məhsullar paketlərdə satılır, Bakıxanov çörək zavodunun çörəkləri isə hələ ki açıq satışdadır, təəssüf ki, əl - əl gəzir.
Baş çəkdiyimiz başqa bir marketin satıcısı isə bildirdi ki, obyektin sahibi paketdə gələn çörəkləri də selofan qoydurub vitrinı düzdürür. Bununla insanla çörək arasında təması tam aradan qaldırmaq istəyir:
"Çünki marketə gələn hər kəs 5 çörəyi əli ilə yoxlayıb, axırda birini seçir. Bunu gün ərzində 100 adam eləsə, görün hansı infeksiya yaranır. Özü də bunu koronavirusa görə yox, həmişə etmək lazımdır" deyə, həmsöhbətimiz bildirib.
Ancaq bir daha qeyd edək ki, heç də bütün marketlər çörək, kökə, ümumiyyətlə, un məmulatları ilə bağlı gigiyenik qaydalara əməl etmirlər.
APA-ya danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, onlara hər gün çörək istehlakçılarından müraciətlər olur:
"Bu sahədə problemlər var. Nazirlər Kabinetinin 94 saylı qərarında deyilir ki, satılan bütün mallar qablaşdırılmalı, üzərində buraxılma tarixi olmalı, istehsal edən müəssisənin ünvanı yazılmalıdır.
Lakin biz görürük ki, çörəklərin təxminən 20 faizi üstü açıq şəkildə, anti-sanitar şəraitdə, maşınların baqajında satışa gətirilir. Virusun çörəyin üzərində bir neçə sutka qalması mümkündür".
Azərbaycanda böyük çörək istehsalçılarından olan N1 Çörək Zavodunun baş ustası Elşən Quliyev isə deyib ki, bütün dünya koronavirusa qarşı mübarizə aparır, amma bizim mağazalarda hələ də açıq şəkildə, yeşikdə gətirilən çörəklər satılır.
"Hətta böyük supermarketlərdə belə çörəyin bu cür satışına rast gəlinir. Sadəcə, həmin çörəklər paketlərə qoyulub satılır, hansı ki, həmin paketlər sterilizasiya olunmayıb.
Eyni paketdə kartof-soğan, başqa məhsullar da satılır. Xüsusilə bugünkü günlərdə bu cür şəraitdə çörək satılması yolverilməzdir", - E.Quliyev vurğulayıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, çörək, unlu-qənnadı məmulatları və digər qablaşdırılmamış qida məhsulları alıcılara xüsusi geyimlə təmin edilmiş satıcılar təqdim etməlidir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)





