Cəmiyyət

Tovuzla bağlı yanlış məlumat yayan şəxs saxlanılıb - VİDEO

29 Mart 2020 16:28
Baxış: 6 869

Bu gün bəzi KİV-lərdə Tovuz rayonunun Qovlar şəhərində yerləşən bazar və mağazalar adi qaydada fəaliyyət göstərildiyi haqda məlumat yayılıb.

Qeyd olunub ki, bununla Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq xüsusi karantin qaydaları yerinə yetirilmir.

Tovuz İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, bu xəbərlər yanlışdır və bunu yayan Qurbanov Nöfəl Tariel oğlu saxlanılıb və etiraf edib ki, yalan məlumat yayıb.

Aslan
Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.