Cəmiyyət

Elşad Hacıyev: "Bu məlumatlar həqiqəti əks etdirmir, yalandır" - FOTO

27 Mart 2020 21:20
Baxış: 3 415
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidməti adından rəsmi olaraq bəyan edirik ki, bu məlumatlar həqiqəti əks etdirmir, yalandır.

Bunu Milli.Az-a açıqlamasında sosial şəbəkələrdə Baş Polis İdarəsinin adından yayılmış "telefonoqram"ı şərh edən BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bakı şəhər Baş Polis İdarəsinin rəisi adından guya bütün polis idarə və şöbələrinə vətəndaşların küçələrə çıxmasını qadağan edən telefonoqram göndərilib. Halbuki daxili işlər orqanları xüsusi rejimli karantin rejiminin tələblərindən irəli gələn məsələləri icra etməkdədir. Sosial şəbəkələrdə yayılan bu məlumat isə yalandır. BŞBPİ-nin rəsmisi vətəndaşları rəsmi olmayan məlumatlara inanmamağa çağırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.