Cəmiyyət

Bir həftə əvvəl intihar etdi, meyiti bu gün tapıldı

25 Mart 2020 21:05
1 Şərh     Baxış: 2 792
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaçmazda 1 həftə əvvəl özünü asan kişinin meyiti bu gün tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Nərəcan kənd sakini - 1978-ci təvəllüdlü Ağahüseynov Ehmal Məclun oğlu özünü yaşadığı evdə asıb. O, evdə tək yaşadığı üçün hadisədən heç kimin məlumatı olmayıb. Qonşuları qoxu hiss edərək polisə xəbər verib. Hadisə yerinə baxış keçirən polis onun ipdən asılmış cəsədini aşkarlayıb.

Qeyd edək ki, Ehmal Ağahüseynov ailəsindən ayrılıb. Onun spirtli içki aludəçisi olduğu bildirilir. İntihar etdiyi mənzildə də xeyli sayda içki şüşələri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.