Cəmiyyət

Təmiz əllər kampaniyası davam edir - VİDEO

20 Mart 2020 15:49
0 Şərh     Baxış: 1 250
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təmiz əllər kampaniyası davam edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı təmiz əllər kampaniyasına start verib və estafeti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevə ötürüb.

Zaur Əliyev isə estafeti BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzaiyə ötürüb.

Kampaniyanın məqsədi əlləri mütəmadi olaraq düzgün qaydada sabunla yumaq və diqqəti koronavirusla mübarizəyə yönəltməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.