Cəmiyyət

Bakıda ahıl kişi qonaq getdiyi evdə yıxılaraq ölüb

19 Mart 2020 09:00
0 Şərh     Baxış: 2 130
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Xətai rayonunda ölüm hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində baş verib.  83 yaşlı Mehdiyev Əkbər Mehdi oğlu ailəsi ilə birlikdə Əhmədli qəsəbəsində yaşayan qohumugilə qonaq gedib.

Ahıl kişi həmin evdə naməlum şəraitdə yıxılıb.   Ağır xəsarət alan Ə.Mehdiyev 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq o, ölüb.  Fakt araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.