Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonunda 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlar sudan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təhvil verilib.
Milli.Az