Cəmiyyət

Bina tikintisi fəaliyyəti ilə məşğul olanların vergi öhdəliyi

15 Mart 2020 19:15
0 Şərh     Baxış: 1 124
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi ƏDV-dən azaddır.

Milli.Az bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir.

Həmçinin Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ ləğv edilib. Buna görə də həmin şəxslər 2020-ci il yanvarın 1-dən vergi öhdəliklərini ƏDV və mənfəət vergisinin ödəyicisi kimi yerinə yetirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.