Cəmiyyət

Turizm Bürosu: Koronavirusun yaratdığı böhranla əlaqədar strategiyamıza müəyyən dəyişikliklər etmişik

11 Mart 2020 16:32
0 Şərh     Baxış: 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun yaratdığı böhranla əlaqədar strategiyamıza müəyyən dəyişikliklər etmişik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib.

Onun sözlərinə görə, strategiyaya dəyişikliyin edilməsi üçün turizm şirkətləri, hotellər və agentliklərlə görüşlər keçirərək onların ilkin narazılığı dinlənilib:

"Bunun əsasında da müvafiq addımlar atılır. Müəyyən layihələri rəqəmsal platforma üzərindən təqdim etməyi planlaşdırırıq. Yaranmış vəziyyətdən narahat olmağa ehtiyac yoxdur. Bundan istifadə etmək lazımdır. Müxtəlif sərgilərdə iştirak, tədbirlərin təşviq olunması üçün təkliflər etmişik və mütəmadi olaraq yerli sənaye nümayəndələri ilə görüşərək strategiyamıza dəyişikliklər etməyə davam edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.