Cəmiyyət

Bu gün Azərbaycanda Yel çərşənbəsidir

10 Mart 2020 00:02
1 Şərh     Baxış: 2 571
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Azərbaycanda Yel çərşənbəsidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, çərşənbələrdən üçüncüsü olan Yel çərşənbəsi xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi də tanınır. Bu çərşənbə yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Hesab edilir ki, əgər torpaq və su insan yaradılışının maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir.

Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir.

İnanclara görə, bu çərşənbədə oyanan yel, külək suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. var. Novruz şənliklərində icra olunan Yel baba mərasimi qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

Qeyd edək ki, 2020-ci ildə yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq.

Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 21 və 22 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.