Şəmkirdə yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Seyfəli kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobilin - "Opel" və "VAZ 2107"-nin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Xəstəxanaya yerləşdirilən yaralı 1982-ci il təvəllüdlü Həsənov Ramil Qabil oğludur. Faktla bağlı araşdırma aparılır.
Milli.Az