Cəmiyyət

Azərbaycanda heç bir təhsil müəssisəsində koronavirusa yoluxma faktı aşkarlanmayıb - Operativ qərargahın üzvü

3 Mart 2020 17:21
Baxış: 1 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İndiyədək Azərbaycanda heç bir təhsil müəssisəsində koronavirusa yoluxma faktı aşkarlanmayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında koronavirusla əlqədar yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva məktəblərdə tədris prosesinin dayandırılmasını vaxtında verilmiş qərar hesab edib:

"Məktəblərdə dərslərin dayandırılması o demək deyil ki, biz ölkədə koronavirusla bağlı riskləri yüksək qiymətləndiririk. Biz bu hadisələrin qarşısını əvvəlcədən qarşısını almalıyıq. Hazırkı şəraitdə məktəblərdə dərslərin dayandırılması çox düzgün seçilmiş tədbirdir".

Y.Qarayeva qeyd edib ki, indiyədək dünyada koronavirusa yoluxan 10 yaşadək uşaqlar arasında ölüm halı baş verməyib.

Onun sözlərinə görə, uşaqlar arasında yoluxma halı olsa da, ağır fəsadlar müşahidə edilmir.

Y.Qarayeva hazırda Azərbaycanda koronavirusa yoluxmuş 3 nəfərin olduğunu da xatırladıb:

"Onlar hazırda həkim müşahidə altındadırlar və heç birində ağırlaşma qeydə alınmayıb. Həmin şəxslərin vəziyyəti stabildir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.