Cəmiyyət

Yolların buz bağlayacağı ilə əlaqədar sürücülərə xəbərdarlıq edildi

7 Fevral 2020 19:34
2 Şərh     Baxış: 3 141
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Havaların kəskin dəyişməsi ilə əlaqədar, yolların buz bağlayacağını nəzərə alaraq, paytaxtın inzibati ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, daşıyıcıların vəzifə və öhdəlikləri təkrar onların diqqətinə çatdırılıb.

Həmçinin, sürücülərə tövsiyə edilir ki, sürət həddinə əməl etsinlər, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar:

"Ümumilikdə isə məlum qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi məqsədə uyğundur.

Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.