Cəmiyyət

Deputatlığa namizəd Tamam Cəfərovanın seçki kampaniyası uğurla davam edir - FOTO

31 Yanvar 2020 16:51
Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Şaməmməd qızı Cəfərovanın təbliğat-təşviqat kampaniyası davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Tamam Cəfərova səlahiyyətli nümayəndələr, vəkillər və könüllülərlə birgə günümüzədək 30-a yaxın kənddə seçicilərlə görüşüb.

Seçicilərilə geniş tərkibli görüşlər keçirən Tamam Cəfərova sakinlərlə əhatəli söhbət aparıb, ölkəmizdə cənab Prezidentin apardığı uğurlu sosial-iqtisadi və sturuktur islahatlarından söz açıb, vətəndaşların bütün problemlərini dinləyib, həlli ilə bağlı qarşıda duran məsələləri müzakirə edib.

İstisnasız olaraq bütün kəndlərdə seçicilərlə görüşən Tamam Cəfərova şəhid məzarlarını ziyarət edib, şəhid ailələrinə baş çəkib, problemləri ilə maraqlanıb.

Tamam Cəfərova mütəmadi olaraq rayon ağsaqqalları, rayon gəncləri, rayon ictimaiyyəti ilə də görüşlər keçirir, onların problemlərini və təkliflərini dinləyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.