Cəmiyyət

Hansı öd daşlarında əməliyyat mütləqdir?

21 Yanvar 2020 22:25
0 Şərh     Baxış: 1 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Öddə daş olması adi USM müayinəsi zamanı asanlıqla aşkarlanır. Öd müayinəsi acqarına səhər tezdən aparıldıqda kiçik daşlar və çöküntü də görünür.

Öd kisəsi qara kölgə, daşlar isə açıq, ağ kölgə kimi UZİ-də görünür.

Bir çox insanlar ödündə daş olduğunu bilsə də, öd ağrısı tutmaları olsa da, əməliyyat etməyə tələsmir. Amma öddə daş varsa, planlı, yəni ağır tutmaları gözləmədən əməliyyat etmək tövsiyyə olunur.
Milli.Az medicina.az-a istinadən hansı daşlarda əməliyyatın vacib olduğunu təqdim edir.

1. Kalkulyoz xolesistit tutmaları (pristupları) -3 dəfədən artıq olubsa. 3-4 dəfədə tutma buraxa bilər, amma 5-ci də buraxmayacaq.

2. Öd kisəsi boynunda yerləşən daşlar zamanı - ordan daş istənilən vaxt öd axarına düşüb, ödü blok edəcək. Bu isə ağır iltihabi proses deməkdir.

3. Öd kisəsi divarına yapışmayan, yəni kisədə gəzən, hərəkətli daşlar - çox risklidir

4. Çoxsaylı daşlar - yaxın gələcəkdə birləşib iri daş yığınına çevrilib, xolesistit tutmaları verəcək. Öddə çox daş olması o deməkdir ki, bu insanın orqanizmi daş yaranmaya meyillidir.

5. Daşla yanaşı polip olması - qeyri-şərtsiz əməliyyata göstərişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.