Cəmiyyət

Günün qoroskopu

17 Aprel 2010 07:00
Baxış: 276
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Göylərin mənzərəsi

17 aprel şənbə, 4-cü Ay günü, Günəş - Qoçda, Ay - Əkizlərdə, Merkuri - Buğada, Venera - Buğada, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.

Münəccim öncəgörümləri

Qoç - Ovqatınız yüksək olacaq. Gələcək üçün ağıllı planlar tərtib etməyi unutmayın. İndi maliyyə işləriniz problemlərlə üzləşsə də, yaxın gələcəkdə meydanınız genişlənəcək.

Buğa -  Əsas işlərinizdə uğur sizinlədir. Xoşagəlməz vəziyyət də qaçılmazdır. Odur ki, təmkinli olmağınız və ünsiyyətlərinizdə səhvə yol verməməyiniz məsləhətdir.

Əkizlər -  Romantik əhval-ruhiyyəniz yüksək olacaq. İşləriniz gedəcək. Maddi imkansızlığınız olmasa, başqa probleminiz qarşıya çıxmayacaq.

Xərçəng -  Çətin keçən günlərdən biridir. İşləriniz alınmır. Maddi durumunuzu yaxşılaşdırmaq şanslarınız olsa da, onu reallaşdıra bilmirsiniz.

Şir  -  Fəaliyyətiniz üçün meydan açılacaq. Əgər uğur qazana bilmirsinizsə, günah sizindi. Uğur üçün münbit zəmin hazırlamalısınız.

Qız - İşləriniz alınmır. Əsəbi ovqat sizi haldan salır. Buraxdığınız səhvlərin ağır nəticəsi ilə üzləşirsiniz. Təmkinli olun.

Tərəzi - İşləriniz alınacaq. Maddi uğurlarınız çox olmasa da, fəaliyyətinizin yaxşılaşması üçün şərait istədiyiniz kimi yaranacaq.

Əqrəb -  Çətinliklə keçən bu gündə  xoşlamadığınız adamlarla ünsiyyətə girməli olacaqsınız. Sevgi və maliyyə problemləriniz həllolunandır. Başınızı dik tutun.

Oxatan - İşləriniz ilk baxışdan çox uğurludur. Ovqatınız da yüksəkdir. Mahiyyətə vardıqda isə həll olunmamış problemlərinizlə əhatə olunmusunuz.

Oğlaq - Hər sözü ürəyinizə salmayın. Hisslərinizin, fəaliyyətinizin yaxşılaşması istiqamətinə yönəlməsinə fikir verin.

Dolça - Rahat keçən günlərdən birini yaşayırsınız. Bununla belə sevgi və maliyyə problemləriniz sizi sıxır. İstedadınızı göstərmək üçün meydan açılıb.

Balıqlar - İşləriniz çətinliklə gedir. Sizi əsəbiləşdirməyə çalışırlar. Fikir verməyin. Yönəldiyiniz əsas məsələnin həllini tapın.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.