Günün qoroskopu
17 Aprel 2010 07:00
Göylərin mənzərəsi
17 aprel şənbə, 4-cü Ay günü, Günəş - Qoçda, Ay - Əkizlərdə, Merkuri - Buğada, Venera - Buğada, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - Ovqatınız yüksək olacaq. Gələcək üçün ağıllı planlar tərtib etməyi unutmayın. İndi maliyyə işləriniz problemlərlə üzləşsə də, yaxın gələcəkdə meydanınız genişlənəcək.
Buğa - Əsas işlərinizdə uğur sizinlədir. Xoşagəlməz vəziyyət də qaçılmazdır. Odur ki, təmkinli olmağınız və ünsiyyətlərinizdə səhvə yol verməməyiniz məsləhətdir.
Əkizlər - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. İşləriniz gedəcək. Maddi imkansızlığınız olmasa, başqa probleminiz qarşıya çıxmayacaq.
Xərçəng - Çətin keçən günlərdən biridir. İşləriniz alınmır. Maddi durumunuzu yaxşılaşdırmaq şanslarınız olsa da, onu reallaşdıra bilmirsiniz.
Şir - Fəaliyyətiniz üçün meydan açılacaq. Əgər uğur qazana bilmirsinizsə, günah sizindi. Uğur üçün münbit zəmin hazırlamalısınız.
Qız - İşləriniz alınmır. Əsəbi ovqat sizi haldan salır. Buraxdığınız səhvlərin ağır nəticəsi ilə üzləşirsiniz. Təmkinli olun.
Tərəzi - İşləriniz alınacaq. Maddi uğurlarınız çox olmasa da, fəaliyyətinizin yaxşılaşması üçün şərait istədiyiniz kimi yaranacaq.
Əqrəb - Çətinliklə keçən bu gündə xoşlamadığınız adamlarla ünsiyyətə girməli olacaqsınız. Sevgi və maliyyə problemləriniz həllolunandır. Başınızı dik tutun.
Oxatan - İşləriniz ilk baxışdan çox uğurludur. Ovqatınız da yüksəkdir. Mahiyyətə vardıqda isə həll olunmamış problemlərinizlə əhatə olunmusunuz.
Oğlaq - Hər sözü ürəyinizə salmayın. Hisslərinizin, fəaliyyətinizin yaxşılaşması istiqamətinə yönəlməsinə fikir verin.
Dolça - Rahat keçən günlərdən birini yaşayırsınız. Bununla belə sevgi və maliyyə problemləriniz sizi sıxır. İstedadınızı göstərmək üçün meydan açılıb.
Balıqlar - İşləriniz çətinliklə gedir. Sizi əsəbiləşdirməyə çalışırlar. Fikir verməyin. Yönəldiyiniz əsas məsələnin həllini tapın.
Milli.Az