Bu gün Kürdəmir rayonunda itkin düşən Sor-Sor kənd sakini, 1955-ci il təvəllüdlü Hüseynov Həsrət Hüseynalı oğlunun meyiti tapılıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, aparılan axtarışlar zamanı onun meyiti kənd ərazisindən keçən kanalda aşkar edilib.
Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az