Cəmiyyət

Yolu keçən qadını maşın vurub öldürdü

1 Yanvar 2020 23:30
0 Şərh     Baxış: 1 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dekabrın 31-də saat 20 radələrində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində Kürdəmir rayon sakini A.Əsgərov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Qubalı Baloğlan kənd sakini Sitarə Əsgərovanı vurmuşdur. Piyada hadisə yerində ölmüşdür.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.