"Bakı Metropoliteni"nin son məlumatına əsasən, artıq "Bakmil" stansiyasının işi tam bərpa olunub.
Bildirilib ki, Yaşıl və Qırmızı xətlərdə intervallar yenidən qrafikə uyğunlaşdırılıb və qatarlar saatda 34 cüt tərkib prinsipi ilə normal iş rejimində hərəkət edir.
***
"Nərimanov" elektrik deposunun yol sahələrinə yüksək gərginliyin verilməsində yaranan qısa müddətli fasilə səbəbindən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkət intervalında gecikmələr qeydə alınıb.
Milli.Az-ın məlumatına görə, "Bakı Metropoliteni" QSC bununla bağlı rəsmi açıqlama yayıb.
Qurum bildirib ki, çox keçmədən "Nərimanov" deposunun enerji təchizatı tam bərpa olunub və qatarların xəttə buraxılması prosesi başlayıb: "Baş vermiş qısa fasilə nəticəsində qatarlararası intervallarda müəyyən gecikmələr müşahidə edilir. Qrafikin tam normallaşması üçün aidiyyəti xidmətlər lazımi tədbirləri həyata keçirir və yaxın zamanda hərəkət əvvəlki rejimə qaytarılacaq. Sərnişinlərə yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik".
Qeyd olunub ki, baş verən fasilə "Bakmil" stansiyasının fəaliyyətinə də təsir göstərmişdi.
Milli.Az





