Hadisə

“Bakı Metropoliteni” QSC-nin vəzifəli şəxsi işdən ÇIXARILDI

17 Mart 2026 11:55
Baxış: 566
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş mühəndisi Azad Mustafayev vəzifəsindən azad edilib.

Milli.Az xəbər verir ki, onun yerinə Namiq Yusubov qurumun baş mühəndisi təyin olunub.

Qeyd edək ki, N.Yusubov bundan öncə Metropolitendə istehsalat texniki şöbəsinin rəisi vəzifəsini tutub.

A.Mustafayev isə 2019-cu ildə "Bakı Metropoliteni" QSC-nin sabiq sədri Zaur Hüseynovun əmri ilə qurumda istismar üzrə baş mühəndisin müavini kimi fəaliyyətə başlayıb. 2023-cü ildə isə QSC-nin istismar üzrə baş mühəndisi təyin edilib./APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.