Qapı pusmaqdan üzük falına - İlərdir davam edən ənənə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün İlaxır çərşənbə - Novruz bayramından əvvəl qeyd olunan son və ən əlamətdar çərşənbədir. Torpaq çərşənbəsi kimi də tanınan bu gün torpağın oyanmasını, təbiətin yenilənməsini və yeni həyatın başlanmasını simvolizə edir. İlaxır çərşənbə həm də müxtəlif inanclar, adətlər və fallarla yadda qalır. Xüsusilə gənc qızlar bu gecə müxtəlif fallara baxaraq gələcək qismətləri və arzuları ilə bağlı işarələr axtarırlar.
Milli.Az xəbər verir ki, aşağıda Novruz ənənələrində geniş yayılan bəzi falları təqdim edirik:
Qapı falı
Ən məşhur fallardan biri qapı pusmaqdır. Fal baxmaq istəyən şəxs qonşunun və ya tanışın qapısının arxasında dayanaraq evdən gələn ilk sözləri dinləyir. Eşidilən ilk sözlər fal kimi qəbul olunur. Əgər müsbət və xoş sözlər eşidilərsə, bu, arzuların gerçəkləşəcəyinə işarə sayılır.
Ayaqqabı falı
Bu fal daha çox evlənmək arzusunda olan qızlar tərəfindən edilir. Qız ayaqqabısını çiyni üzərindən qapıya tərəf atır. Ayaqqabının burnu həyətə və ya çıxışa tərəf düşərsə, bu, yaxın zamanda ailə quracağına işarə kimi yozulur. Əgər ayaqqabının burnu evin içərisinə tərəf yönələrsə, həmin il qismətin açılmayacağına inanılır.
Duzlu kökə falı
Gənclər arasında maraqlı hesab olunan fallardan biri də duzlu kökə falıdır. Bu falda kökə yeyən şəxs su içmədən yatmalıdır. İnanca görə, yuxuda ona su verən şəxs gələcək həyat yoldaşı olacaq.
Üzük falı
Bu fal üçün qızıl nişan üzüyü götürülür və ona nazik saç teli bağlanır. Üzük bir stəkan suyun üzərində saxlanılır və neçə dəfə fırlanıb dayandığı sayılır. İnanclara görə, üzüyün fırlanma sayı həmin qızın neçə yaşında evlənəcəyini göstərir.
Kölgə falı
Novruz axşamı kağız yandırılır və onun divara düşən kölgəsinə baxılır. Kölgənin forması müxtəlif cür yozulur. Məsələn, at fiquru səfəri, ev və ya insan fiquru isə yeni tanışlıq və ya dəyişiklikləri ifadə edə bilər.
Güzgü falı
Bu fal ən mistik sayılan inanclardan biridir. Bayram gecəsi sakit otaqda şam yandırılır və güzgüyə baxılır. İnanclara görə, həmin anda gələcək həyat yoldaşının siması görünə bilər.
Suya baxmaq falı
Bir qab suya əridilmiş şamdan bir neçə damcı damızdırılır. Suya düşən şam müxtəlif formalar yaradır. Bu formalar bəzən hərflərə bənzədilir və həmin hərfin qismətdə olan insanın adının baş hərfi olduğu düşünülür.
Rus falı
Son vaxtlar sosial şəbəkədə məşhur olan Rus üzük falı da bu gün edilə bilər. Sizə sadəcə bir stəkan su, bir parça kağız və bir üzük lazımdır.Əvvəlcə stəkanın yarısı su ilə doldurulur. Sonra stəkanın üstü bir kağız parçası ilə örtülür və kağızın ortasına halqa qoyulur. Daha sonra kağızın dörd küncü eyni vaxtda yandırılır.Kağız yandıqca, ortadakı halqanın mövqeyi falçılığın nəticəsini müəyyən edir. Əgər üzük suya düşərsə, bu, "Bəli" deməkdir. Falçılığa görə, kağız yanarkən üzük suya düşərsə, bu, "bəli" kimi yozulur. Falı açılan şəxsin həmin il ərzində evlənəcəyinə inanılır. Üzük kağızın üzərində qalıb suya düşməzsə, nəticə "xeyr" hesab olunur. Bu halda, həmin şəxsin həmin il ərzində evlənməyəcəyi deyilir.
Qeyd edək ki, bu falların hər biri Novruz bayramının qədim və maraqlı adətləri arasında yer alır. İnsanlar illərdir bu ənənələri yaşadaraq İlaxır çərşənbə gecəsində arzular tutub gələcəklə bağlı işarələr axtarırlar.
Fidan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zibillikdə tərk edilən “Chevrolet Cobalt”ın sahibi müəyyən edildi - Yenilənib
-
ABB kartı olanlar diqqət: Vəsaitlər silinir - (Foto)
-
Hamburqda AZAL-a məxsus ilk Airbus A321neo təyyarəsinin təhvil verilməsi mərasimi keçirilib - (Foto)
-
Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək
-
Eviniz hər an saxta etibarnamə ilə satıla bilər - Ali Məhkəmədən İZAH
-
MİQ imtahanlarında yeni qayda
XƏBƏR LENTİ
-
Sabah Lənkəranda qaz olmayacaq
-
Naxçıvanda çaylardan sel keçir
-
Toyuqları belə şəraitdə kəsib satışa çıxarırmışlar - (Foto)
-
Zibillikdə tərk edilən “Chevrolet Cobalt”ın sahibi müəyyən edildi - Yenilənib
-
Humay Qədimovanın “Hər simdə bir hekayə” adlı solo konserti böyük maraqla qarşılanıb - FOTO
-
Bakıda tikinti şirkətinə qarşı cinayət işi açılıb
-
İlkin İsmayılov işdən çıxarıldı
-
Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verib
-
CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar”
-
Milli İncəsənət Muzeyində “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici proqram təşkil olunub.- FOTO
-
Azerbaijan Fashion Week və Dome Middle East Fashion Week Bakıda 20-ci yubiley mövsümünün keçirilməsi üçün birləşir
-
Heydər Əliyev prospektində ağır qəza olub, yaralılar var - (Foto)
-
İraq Prezidenti İlham Əliyevə məktub ünvanlayıb
-
Telefonunu maşına çırpıb pul tələb edirdi, saxlanıldı - (Video)
-
Kart hesablarında yaranan problemlə bağlı açıqlama
-
İran ABŞ-yə və mənə böyük hörmət göstərir
-
ABŞ İŞİD liderini məhv etdi
-
“Neftçi”dən yay transferi - Qvadelupalı müdafiəçi ilə 2 illik müqavilə
-
Ukrayna vətəndaşları İrandan geri gətirildi - 4 dənizçi azad edilib
-
Bakıda saxlanılan Türkmənistan vətəndaşı Qırğızıstana təhvil verilib
-
İrandan Azərbaycana 41 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alındı
-
Ceyhun Bayramov Polşaya səfərə yola düşüb
-
“Qanunda olmayan tələb irəli sürülür” - Orxan Əli
-
Hüseyn Quliyevə hökm oxundu





