Ölkə

IDEA məktəblilər üçün Eko-park İnnovasiya Mərkəzinə ekskursiya təşkil edib - FOTO

1 Dekabr 2025 12:14
Baxış: 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

IDEA İctimai Birliyinin təşəbbüsü ilə müxtəlif orta məktəbləri təmsil edən 100-dən çox şagird EKOL-un Eko-park İnnovasiya Mərkəzində ekskursiyada olub.

İlk olaraq şagirdlər üçün ətraf mühitin qorunmasının əhəmiyyəti və Eko-parkda təhlükəsizlik qaydalarına dair infosessiya keçirilib. Daha sonra onlar park ərazisində həm əyləncəli, həm də maarifləndirici ekskursiyada iştirak ediblər.

Ekskursiya çərçivəsində məktəblilər ətraf mühitin mühafizəsi, sənaye tullantılarının idarə olunması, bu istiqamətdə görülən işlər, rekultivasiya prosesi, abadlaşdırma və digər innovativ layihələrlə tanış olublar. Sonda isə şagirdlər dibçəklərə ting və güllər əkərək təbiətin yaşıllaşdırılmasına öz töhfələrini veriblər.

IDEA İctimai Birliyi planetimizin mühafizəsində gələcək nəsillərin, xüsusən də uşaqların rolunu nəzərə alaraq, onların bu sahədə maarifləndirilməsi, ekoloji dünyagörüşünün formalaşdırılması və yaradıcı ideyalarının reallaşdırılması məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.