Cəmiyyət

Azərbaycan vətəndaşlarının Rumıniyada təhsil alması üçün sənəd qəbuluna başlanılıb

31 Dekabr 2019 09:28
0 Şərh     Baxış: 878
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rumıniya Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşları üçün 2020/2021-ci tədris ili üzrə ali təhsilin müxtəlif səviyyələri üzrə təqaüd proqramı elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, təqaüd proqramları bakalavriat, magistratura, doktorantura üzrə memarlıq, incəsənət, Rumıniya mədəniyyəti və sivilizasiyası, jurnalistika, siyasi və idarəetmə elmləri, təhsil, sosial və humanitar elmlər, neft-qaz, kənd təsərrüfatı və texnologiya elmləri, baytarlıq ixtisasları üzrə elan edilib.

Proqramda iştirak üçün son sənəd qəbulu tarixi 07.02.2020-ci ildir. Müsabiqədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları tələb olunan sənədləri Rumıniyanın Azərbaycandakı Səfirliyinə təqdim etməlidirlər.

Namizədlərin seçimi Rumıniyanın aidiyyəti nazirliyi tərəfindən həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.