Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, avtoqəza metronun "Qara Qarayev" stansiyasının yaxınlığında qeydə alınıb.
Hadisə zamanı "Tofaş" markalı minik avtomobili "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə "Tofaş" markalı avtomobildə olan sərnişin - 1994-cü il təvəllüdlü Mehdiyev Asim Rasim oğlu xəsarət alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYPŞ-nin əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin olunub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az