Bakının Nizami rayonunda iki avtomobilin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb - FOTO

17 Dekabr 2019 08:43

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, avtoqəza metronun "Qara Qarayev" stansiyasının yaxınlığında qeydə alınıb.

Hadisə zamanı "Tofaş" markalı minik avtomobili "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə "Tofaş" markalı avtomobildə olan sərnişin - 1994-cü il təvəllüdlü Mehdiyev Asim Rasim oğlu xəsarət alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYPŞ-nin əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az