Cəmiyyət

Məktəblini maşın vurdu - 15 yaşlı qız öldü

15 Dekabr 2019 23:30
3 Şərh     Baxış: 3 154
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Goranboyda ağır bədən xəsarətləri alan piyada xəstəxanada ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində baş verib. Yolu keçmək istəyən 15 yaşlı məktəbli Gülzarə Əhmədova "Daewoo" markalı minik avtomobili tərəfindən vurulub.

Ağır bədən xəsarətləri alan G. Əhmədova Goranboy Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.