Helsinkidə keçirilən konfransda Azərbaycan-Rusiya əlaqələrinin inkişafından bəhs edilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dekabrın 14-də Finlandiyanın paytaxtı Helsinki şəhərində rus diasporunun 6-cı Ümumfinlandiya Konfransı keçirilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya Şurasının əlaqələndiricisi Ülviyyə Cabbarova konfransda çıxış edərək Finlandiyada yaşayan azərbaycanlılar haqqında məlumat verib. O, soydaşlarımızın diaspor işində fəal olduqlarını, dövlət qurumlarında və özəl sektorda fəaliyyət göstərdiklərini bildirib. Finlandiya kimi inkişaf etmiş ölkədə soydaşlarımızın yerli cəmiyyətə inteqrasiya olunduğunu və müxtəlif dövlət strukturlarında azərbaycanlıların yüksək vəzifələrdə çalışdıqlarını bildirən Ülviyyə Cabbarova bunu təqdirəlayiq hal kimi qiymətləndirib.
Koordinasiya Şurasının əlaqələndiricisi, həmçinin çıxışında Böyük Vətən müharibəsində Qələbənin əldə olunmasında azərbaycanlıların rolundan da söz açıb. Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verdiyini vurğulayan Ü.Cabbarova xalqımızın cəbhəyə 600 mindən çox oğul və qızını yola saldığını diqqətə çatdırıb. O, müharibə illərində göstərdiyi igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü və 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edildiyini bildirib.
Azərbaycan-Rusiya əlaqələrinə toxunan Ülviyyə Cabbarova iki ölkə arasında diplomatik münasibətlərin yaranması və inkişafı haqqında söz açaraq ölkəmizdə rus dilinə və mədəniyyətinə yüksək diqqətin olduğunu vurğulayıb. Həmçinin son illər iki ölkə prezidentlərinin görüşləri və imzaladıqları sənədlərin əhəmiyyətini qeyd edən diaspor təşkilatının rəhbəri Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Ülviyyə Cabbarova çıxışında Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Rusiyaya rəsmi səfərinə də toxunaraq bunun iki ölkə arasında siyası münasibətlərin, həmçinin xalqlarımızın dostluq münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi olduğunu bildirib.
Qeyd edək ki, konfransda Finlandiyada fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, rəsmi şəxslər, bu ölkədə fəaliyyət göstərən digər ölkələrin diaspor rəhbərləri iştirak ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bəzi məhsulların əkininə subsidiya limiti qoyulacaq
-
34 il sonra Xocalıya qayıtdı - Çingiz Mustafayevin kadrlarında olan Ləfxanım - (Video)
-
Bütün müavinət və sosial yardımlar bu tarixdə ödəniləcək
-
İş axtaranlara mühüm xəbər - Bu şəhər və rayonlarda minlərlə yeni vakansiya açılacaq
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzi ziyarət edib - (Video/Foto)
-
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - (Foto)
XƏBƏR LENTİ
-
Naomi Kempbell Bakıda - (Video)
-
Ronaldu karyerasını bitirəcəyi tarixdən danışdı
-
Bəzi məhsulların əkininə subsidiya limiti qoyulacaq
-
34 il sonra Xocalıya qayıtdı - Çingiz Mustafayevin kadrlarında olan Ləfxanım - (Video)
-
"Formula-2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatdı - Yenilənib
-
Süni intellekt ilk dəfə dövlət sisteminə hücum etdi - Avstraliyada araşdırma başladıldı
-
Bütün müavinət və sosial yardımlar bu tarixdə ödəniləcək
-
Polis bir gündə 48 cinayəti açdı - 124 nəfər saxlanıldı
-
Formula 2 Azərbaycan Qran-Prisində 2 pilot mübarizəni yarımçıq dayandırıb - (Foto)
-
İş axtaranlara mühüm xəbər - Bu şəhər və rayonlarda minlərlə yeni vakansiya açılacaq
-
Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutdu - (Foto)
-
UEFA Millətlər Liqasında ilk gün: 8 matç keçiriləcək
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzi ziyarət edib - (Video/Foto)
-
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - (Foto)
-
Hande Erçel CeyLo ilə - (Foto)
-
Metroda iş saatı uzadılır
-
Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsini ziyarət edib - (Video/Foto)
-
Nüsrətin restoranındakı yarıçılpaq görüntüsü müzakirə yaratdı- (Video)
-
Azərbaycan nefti 121 dolları keçdi
-
IV Bakı Təhlükəsizlik Forumu keçirilib - (Yenilənib/Foto)
-
Bu şəxslərin maaşı və pensiyası artırılır
-
Nuri Əhmədov vəfat etdi
-
2027-ci ildə pensiyalar nə qədər artacaq?
-
Neftin qiyməti ucuzlaşdı





