Cəmiyyət

“Azərbaycan inciləri”, “Gəncə - Nizami yurdu” və “Qədim və gözəl Qarabağ” kitablarının təqdimatı olacaq

14 Dekabr 2019 07:55
34 Şərh     Baxış: 1 123
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan mədəni irsinin, adət-ənənələrinin, çoxsaylı abidələrinin beynəlxalq miqyasda tanıdılması və təbliği məqsədilə Mədəniyyət Nazirliyi, "Paşa Həyat Sığorta" ASC və "IRS Publishing House"un 2013-cü ildən birgə həyata keçirdiyi "İrs" silsiləsi layihəsi uğurla davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu seriyanın yeni nəşrləri olan "Azərbaycan inciləri", "Gəncə - Nizami yurdu" və "Qədim və gözəl Qarabağ" adlı kitabların təqdimat mərasimi keçiriləcək.

Təqdimat mərasimi 16 dekabr saat 16:00-da "JW Marriot" hotelinin "Şərq" zalında təşkil olunacaq.

Qeyd edək ki, layihə çərçivəsində indiyədək "Qədim qalanın yuxuları", "Qobustan - minilliklər kitabı", "Təbrizin sehrli nağılları", "Naxçıvan - Şərqin əfsanəsi", "Məftun edən şəhər", "Bakı simfoniyası", "Daş keşikçilər", "Qarabağ - əsirlərin salnaməsi" adlı kitablar nəşr olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.