Dünyanın ən məşhur SOUSLARI -SİYAHI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sous istənilən əsas yemək və ya qarnir üçün nəzərdə tutulan duru ədviyyatdır. Əvvəllər souslar qidaya duzlu ədviyyat kimi qatılırdı. Məsələm Yaponiyada soy sousunu duz əvəzinə istifadə edirlər. Sousları təkcə hazır yeməklərdə deyil, ərzaqların bişirlməsi zamanıda istifadə etmək olar.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bir çox ərzaqları sousda qızardırlar, sous altında bişirirlər. Adətən sousların tərkibinə tərəvəzlər, bulyonlar, ədviyyatlar olur.
Souslar dadına, rənginə və hazırlanma qaydasına görə fərqlənirlər. Onlar əsasən tərkibində olan əsas komponentə görə adlanırlar (soğanlı, şokoladlı, xardallı, portağallı və s.) Hər bir ölkənin özünə məxsus sousu var. Məsələn gürcü tkemalisi, yunan dzazikisi, həmçinin bütün dünyada tanınan xardal və mayonez və s.
Həmin souslardan ən məşhuru və onların yaranması ilə bağlı maraqlı faktları təqdim edirik:
Ketçup
Təəcüblü olsa da, ketçupun vətəni Çin hesab olunur. Məhz buradan sous İngiltərəyə gətirilib. İlk əvvəl ketçupun tərkibi ançouslar, göbələk, lobya və qozdan ibarət olub. Yalnız iki əsir sonra naməlu aşbaz sousa pomidor əlavə edərək onu müasir ketçupa yaxın edir. Zamanla pomidorlar ketçupun digər inqrediyentləri sıxışdırıb. Müasir ketçupun tərkibi isə alman emiqrant Henri Haynsa məxsusdur. O sousa kraxmal və ədviyyatlar əlavə edib.
Mayonez
Demək olar ki, dünyada ən məşhur souslardan biridir. Onun adını Mayon şəhəri ilə əlaqəndirirlər.Rəvayətə görə, şəhərin mühasirəyə alındığı vaxt ərzaqlar tükənib və yeməyin dadını fərqli etmək üçün hersoq Rişelye nə isə yeni bir şey hazırlamaq qərarına gəlib. O yumurta sarılarını şəkər tozu, duz və limon şirəsi ilə qarışdırıb ora zeytun yağı əlavə edir. Beləcə şəhərin şərəfinə adlanan orijinal dada malik sous əldə edib.
Tabasko
Tabaskonun vətəni Amerika, Eyveri Aylend adalardır. Sous üçün yerli mədənlərdən çıxarılan duzdan və acı qırmızı tabasko bibərindən istifadə olunur. Hindu dilindən tərcümədə "Tabasko" "nəm torpaq ölkəsi" deməkdir. Əsil tabasko üçün duz bu gün də Eyveri Aylend mədənlərindən götürülür. Bibərlər xüsusi istixanalarda becərdilir, məhsul əllə yığılır. Bibər və duzu qarışdırırlar və 3 il ərzində ağ palıddan olan çəlləklərdə saxlayırlar. Daha sonra sous bibər tumlarından və qabıqdan təmizlənir və bir ay ərzində ağ sirkə ilə qarışdırılır. Nəticədə acı bibərli sous alınır. "Tabasko" təkcə Amerikada deyil, həmçinin İngiltərədə də populyardır. Hətta kraliça Yelizaveta bu sousu çox sevir. Tabasko həmçinin "Qanlı Meri" kokteylinin əsas inqrediyentlərindəndir.
Tkemali
Balıq, ət və quş yeməkləri ilə istifadə olunan ən məşhur sousdur.Bu həmçinin kartof və makaron məmulatları ilə də yaxşı uyğunlaşır. Tkemali gürcüstanın rəmzləırindən biri olan gəvalıdan hazırlanır. Gəvalıdan başqa tkemalinin tərkibinə sarımsaq və müxtəlif göyərtilər daxildir. Sous çox sadə hazırlanır.Gəvalının tkemali növü tumsuz və qabıqsız bişirilir, qaydadığı suda əzilir və qarışdırılı. Əzilmiş sarımsaq, göyərti, düz, istiot əlavə olunur və qaynadılır. Soyuyandan sonra sous hazır hesab edilir.
Quakamole
Meksika mətbəxinə aid və tərkibinə görə sousu xatırladan yemək. Ənənəvi olaraq sous avokado, limon şirəsi və duzdan ibarət olur. Adətən bura pomidor, istiot və digər ədviyyatlar əlavə olunur. Quakamole sözü atsteklərin dilindən götürülüb, bu sous əsasən Meksika və İspaniyada məşhurdur. Quakamole qarğıdalı çipsləri ilə yeyilir və istənilən yeməyin yanında təqdim edilə bilər. Bu sosus çox faydalı hesab edilir və əsasən vegetarianlar, sağlam həyat tərzinə üstünlük verənlər tərəfindən sevilir.
Bolonzey
İtaliya pastası üçün nəzərdə tutulan Bolonyez sousunun vətəni Bolonyadır. Makaron məmulatları üçün ən gözəl sous olan Bolonyezin ənənəvi tərkib hissələri - ət, bekon, soğan, kök, kərəviz, tomat pastası, ət bulyonu və qırmızı çaxırdır. Sousa süd və ya qaymaq da əlavə etmək olar.
Beşamel
Beşamel məşhur fransız sousudur. Süd, un və yağdan haırlanır. Lazanya, julyen və suflenin hazırlanmasında əvəzolunmazdır.
Pestro
Pesto italyan dilindən tərcümədə "əzmək" deməkdir. İtaliya mətbəxinin ən populyar sousu olan pestonu zeytun yağı, reyhan və pendirdən hazırlıyırlar. Təzə reyhanı qozla birgə əzillər və zeytun yağı, sarımsaq, rəndələnmiş parmezanla qarışdırırlar. Sous spagetti, balıq və brusketta üçün ideal əlavədir.
Soya sousu
Soya sousundan çinlilər artıq 3000 ildir ki istifadə edirlər. Həmin zamandan onun hazırlanma texnologiyası dəyişməyib: soy lobyaları suda qaynadılır və unla qarışdırılıb duzlanır. Sonra sousu uzun müddət ərzində acıdırlar: 40 gündən- 2-3 ilədək. Lobiyaların buraxdığı şirə zamanla qaralır. Soy sousu orqanizmin üçün çox faydalıdır, çünkü tərkibində dəmir, sink, B qrupuna aid vitaminlər və çox aminturşuları var.
Tartar
Fransada "Tatar sayağı sous" (Tartar sözü belə tərcümə edilir) adı altında qaynadalmış yumurta sarısı, göy soğan və bitki yağından ibarət məhlula deyilir.Adətən bu sous balıq və dəniz məhsulları yeməkləri, steyk, soyuq ət ilə yeyilir.Tartarı hazırlama üçün əvvlcə yumurta sarısı duz, qara istiot, limon şirəsi və üzüm sirkəsi ilə qarışdırılır. Sonra məhlula damcı damcı zeytun yağı əlavə edilərək qarışdırılır. Doğranılmış göy soğan ən sonda əlavə olunur. Daha sadə reseptdə yumurta sarısı göy soğanla qarışdırılır və mayonez əlavə olunur. Sousu acılı etmək üçün duzlu xıyar, soğan və sarımsaq əlavə etmək olar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
XƏBƏR LENTİ
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib





